ASTARADA YAP FƏALLARININ MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Sentyabrın 1-də partiyanın mərkəzi aparatında keçirilən müşavirənin yekunlarına həsr olunmuş tədbirdə YAP rayon təşkilatının sədri Əliheydər Həmzəyev çıxış edərək oktyabrın 6-da bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərin azad, demokratik və şəffaf olması, seçkilərdə partiya üzvlərinin fəallığını təmin etmək və rayon təşkilatının altıncı konfransına hazırlıq ilə əlaqədar qarşıda duran vəzifələrdən danışmışdır.
Toplantıda partiyanın rayon təşkilatının altıncı konfransına nümayəndəlik norması müəyyənləşdirilmiş, yerlərdə keçiriləcək hesabat-seçki yığıncaqlarının cədvəli təsdiq olunmuş, partiya sıralarına yeni namizədlər qəbul edilmişdir.