“Aston Martin” komandasının pilotu Sebastian Fettel:Bakıya geri dönmək çox xoşdur
Bakı, 8 iyun, AZƏRTAC
Formula 1 çempionatının Azərbaycan Qran-Prisi ərəfəsində “Aston Martin” komandasının pilotları Sebastian Fettel və Lens Stroll qarşıdakı uik-endlə bağlı gözləntilərindən söhbət açıblar.
AZƏRTAC xəbər verir ki, Sebastian Fettel bu barədə deyib: “Bakıya geri dönmək çox xoşdur. Mən ötən il “Aston Martin”in heyətində ilk podiumumu qazandım, yəni bu mərhələ mənim üçün xüsusidir. Maraqlıdır, görəsən yeni nəsil bolidləri sürətli düz yoldan və asta dar döngələrdən ibarət olan bu trasda özlərini necə aparacaq?”
Öz növbəsində, Lens Strol deyib: “Komandanın uğurlarına baxmayaraq, Bakıda ötənilki yürüş mənim üçün çətin idi, lakin bu trasa bir daha çıxmağa hazıram. Sürətli düz yol və asta dar döngələrin birləşməsi maşınların sazlamalarında kompromis axtarmağa vadar edir. Lakin yeni reqlament şəraitində bütün bunların necə keçəcəyinə baxmaq maraqlıdır. Görək, bu uik-enddə hansı nəticələrə nail olacağıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]