ATATÜRK VƏ HEYDƏR ƏLİYEVİN İDEYALARI ƏBƏDİ YAŞAYACAQDIR
Yevlax rayonundakı Aran EKO qəsəbəsində Ağdam və Kəlbəcər rayonundan olan məcburi köçkünlərlə görüşdə hər bir müsəlman üçün əziz olan bu gündə köçkün soydaşlarımızı yad edən diplomata və səfirliyin əməkdaşlarına minnətdarlıq bildirilmişdir.
Türkiyəli diplomat yurd-yuvasından didərgin düşmüş soydaşlarımızla görüşündən məmnunluğunu ifadə etmişdir. Qəsəbədə məckunlaşmış 300-dən artıq ailəyə qurban payı verilmişdir.
Goranboy rayonundakı EKO qəsəbəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər Türkiyə səfirini gül-çiçəklə qarşılamışlar.
Turan Moralı onlara təşəkkür edərək demişdir ki, hər bir kəsin dərdinə çarə etmək mümkün olmasa da, bu bayram günündə biz agır sınağa məruz qalmış azərbaycanlı qardaş və bacılarımızın yanında olmağı özümüzə borc bildik. Allahdan arzumuz odur ki, növbəti ildə müqəddəs bayramı doğma yurdunuzda qarşılayasınız.
Sonra səfirlik adından 580 ailəyə qurban əti paylanmışdır.
Gəncədə Kənd Təsərrüfatı Akademiyasının yataqxanalarında məskunlaşmış məcburi köçkünlərlə görüşdə Türkiyəni etibarlı qardaş adlandıran sakinlər bayram günündə onlarla birgə olan səfirə təşəkkürlərini bildirmişlər.
Buradakı 5 yataqxanada məskunlaşmış 300-dən artıq ailə bayram sovqatı ilə sevindirilmişdir.
Xanlar rayonundakı Murovdağ qəsəbəsindəki görüş də yaddaqalan olmuşdur. Qardaş ölkənin səfirinə təşəkkür edən sakinlər türk dünyasının dahi şəxsiyyətləri Atatürkün və Heydər Əliyevin ideyalarının əbədi yaşayacağını söyləmişlər.
Görüşlərdə Milli Məclisin deputatları, Nazirlər Kabinetinin məsul işçiləri iştirak etmişlər.