Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanın tolerantlığın təşviqi sahəsində nailiyyətlərindən danışılıb

ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanın tolerantlığın təşviqi sahəsində nailiyyətlərindən danışılıb

Bakı, 20 aprel, AZƏRTAC

Xəbər verdiyimiz kimi, aprelin 14-15-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in baş qərargahında "Tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviqi üzrə siyasət və strategiyalar" mövzusunda İnsan Ölçüsü üzrə birinci əlavə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov iştirak edib. O, AZƏRTAC-a müsahibəsində tədbirdə müzakirə olunan məsələlər barədə məlumat verib. Bildirib ki, iştirak etdiyi birinci əlavə görüş ATƏT regionunda tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviqi üzrə siyasət və strategiyaların müzakirə olunmasına həsr edilmişdi. Bu mövzu müasir dövrdə olduqca aktualdır. Belə ki, bütün dünyada dözümsüzlüyün və ayrı-seçkiliyin artması müşahidə olunur. Bu, özünü ksenofobiya, islamofobiya, antisemitizm, dini və etnik radikalizm kimi neqativ halların güclənməsində göstərir.

Baş məsləhətçi qeyd edib ki, hələ ötən əsrin 70-ci illərində multikulturalizmin cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi meydana gəldiyi hətta Qərbi Avropa dövlətləri ksenofobiya, islamofobiya, antisemitizm və bu kimi mənfi halların qarşısının alınmasında acizdirlər. Beş-altı il bundan əvvəl bir neçə Qərb dövlətinin başçıları multikulturalizm siyasətinin cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində səmərəsiz bir siyasət olduğunu açıq şəkildə etiraf etmişdilər. Məlum olduğu kimi, müasir dövrdə bir sıra Yaxın və Orta Şərq ölkələrində davam edən hərbi münaqişələr burada yaşayan müxtəlif etnik və dini qrupların nümayəndələrinin Avropanın bir sıra ölkələrində sığınacaq axtarmalarına səbəb olaraq orada qaçqın böhranının yaranmasına səbəb olub. Bu isə öz növbəsində Avropada dözümsüzlüyün və ayrı-seçkiliyin, onların konkret təzahür formaları olan ksenofobiyanın, islamofobiyanın, antisemitizmin geniş yayılması ilə nəticələnir. Buna görə də qeyd olunan mənfi, demokratiyaya zidd hadisələrin qarşısının alınmasında ATƏT-in bu görüşünün keçirilməsinin böyük praktiki əhəmiyyəti var idi. ATƏT-ə üzv olan 57 ölkənin rəsmi nümayəndələrinin, vətəndaş cəmiyyəti təmsilçilərinin, məsələ ilə məşğul olan ekspertlərin sözügedən tədbirdə bir araya gəlmələri olduqca vacibdir.

ATƏT-in İnsan Ölçüsü üzrə birinci əlavə görüşünün qarşısında üç əsas məqsəd dururdu. Birincisi, tolerantlıq və qeyri-ayrı-seçkilik sahəsində ATƏT-ə üzv ölkələrin qarşılaşdığı problemləri müəyyən etmək, ikincisi, dözümsüzlüyə və ayrı-seçkiliyə qarşı mübarizədə əldə olunan mütərəqqi təcrübəni təqdim etmək, üçüncüsü, dözümsüzlüyə və ayrı-seçkiliyə qarşı mübarizə sahəsində ATƏT-ə üzv ölkələrə əldə olunan mütərəqqi təcrübə əsasında praktiki tövsiyələr işləyib hazırlamaq və bu sahədə ATƏT-in rolunu möhkəmlətmək. Qeyd olunan 3 məqsədə uyğun olaraq görüşdə 3 sessiya təşkil olunmuşdu.

Məlum olduğu kimi, müasir dövrdə Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Dünyada Azərbaycanın multikulturalizm modelinə maraq artmaqdadır. Prezident İlham Əliyevin dediyi kimi, multikulturalizm sahəsində Azərbaycanın təcrübəsi öyrənilir. Bu fakt bizdə tolerantlıq və qeyri-ayrı-seçkilik sahəsində heç bir problemin olmamasından xəbər verir. Başqa sözlə desək, görüşün birinci sessiyasında müzakirə olunan tolerantlıq və qeyri-ayrı-seçkilik sahəsində ATƏT-ə üzv ölkələrin qarşılaşdığı problemlər bizdə yoxdur. Bununla belə qeyd etmək lazımdır ki, həmişə olduğu kimi, ölkəmizə düşmən mövqeyində olan Ermənistan nümayəndəsi birinci sessiyada öz çıxışında Azərbaycanda ermənilərə qarşı dözümsüzlük meyillərinin artmasının olduğunu deyirdi. O, bu meyillərin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş hərbi münaqişə zamanı daha da artdığını söyləyirdi. Ermənistan nümayəndəsinin bu böhtanla dolu çıxışı əslində Azərbaycanın bu münaqişədə qazandığı ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun gələn, parlaq hərbi, siyasi və mənəvi-psixoloji qələbəsini ləkələmək məqsədini güdürdü. Lakin artıq dünya ictimaiyyəti Ermənistanın bu münaqişədə təcavüzkar tərəf olduğu yaxşı bilir.

E.Nəcəfov deyib ki, görüşün növbəti sessiyalarında tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviqi sahəsində uğur qazanan ölkələrin mütərəqqi təcrübələrinin müzakirəsi və bu təcrübələrin yayılması ilə bağlı praktiki tövsiyələrin irəli sürülməsi zamanı çıxışında tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviq olunmasında müasir dövrdə Azərbaycanın qazandığı nailiyyətlərdən danışıb. O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi və bununla bağlı Prezidentin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə Tədbirlər Planının təsdiq edilməsini toplantı iştirakçılarının diqqətinə çatdırıb. Beynəlxalq əhəmiyyətli tədbirlər haqqında danışarkən bu yaxınlarda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu qeyd edib.

İkinci sessiyada əsas məruzəçi qismində çıxış edən Avstriyanın Təhsil Nazirliyinin Vətəndaş Təhsili və Ətraf Mühit Təhsili Departamentinin müdiri Manfred Virtitş orta məktəb şagirdlərinin siyasi savadını qaldırmaq məqsədilə onlara siyasi elmlərin tədris olunmasının vacibliyini qeyd edib. Bildirib ki, bu, gələcəkdə gənclərdə tolerantlıq və multikulturalizm ideyalarının artmasına səbəb olacaq və cəmiyyətdə tolerantlığın və qeyri-ayrı-seçkiliyin bərqərar olmasına kömək edəcək. Onun bu təşəbbüsünün mühüm əhəmiyyətini qeyd edən E.Nəcəfov bu istiqamətdə artıq ölkəmizdə müəyyən işlərin görüldüyünü söyləyib və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin uğurla həyata keçirdiyi “Beynəlxalq Multikulturalizm Yay/Qış Məktəbi” layihəsindən danışıb. Sessiyanın moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm Yay/Qış Məktəbi” layihəsini müsbət təcrübə kimi qiymətləndirib və onun təqdir olunmasını məsləhət görüb.

Xidmətin baş məsləhətçisi deyib: “Sözsüz ki, tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviqi sahəsində Azərbaycanın əldə etdiyi böyük nailiyyətləri Ermənistanın nümayəndəsi sakit halda qəbul edə bilməzdi. Ermənistanın nümayəndəsi heç bir dəlil təqdim etmədən mənim çıxımdakı faktları “təkzib etməyə” çalışdı. Lakin onun bütün söylədiklərinin öz mahiyyətinə görə böhtandan başqa heç bir şey olmadığı aydın şəkildə görünürdü. Azərbaycanın istər ölkədaxili, istərsə də beynəlxalq müstəvidə tolerantlığın, qeyri-ayrı-seçkiliyin təşviqi, xüsusilə də mədəniyyətlərarası dialoqun, əməkdaşlığın möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi işlər, ev sahibliyi etdiyi mötəbər tədbirlər dünya ictimaiyyətinə yaxşı məlumdur. Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına həsr olunan nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi mühüm uğurlara dünya ictimaiyyəti tərəfindən göstərilən böyük etimaddır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək