ATƏT-İN MİNSK QRUPU MÜNAQİŞƏNİN HƏLLİ PROSESİNDƏ BİRMƏNALI MÖVQE NÜMAYİŞ ETDİRMƏLİDİR
Nizami Bəhmənov demişdir ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesində birmənalı mövqe nümayiş etdirməlidir. Onun indiyəqədərki fəaliyyətini uğurlu hesab etmək olmaz. Sülhə aparan bütün imkanlar tükənsə, Azərbaycan öz torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə edəcəkdir. Torpaqlar bu yolla azad ediləcəyi təqdirdə isə, Dağlıq Qarabağa hansısa status verilməsindən söhbət getməyəcəkdir. Bu haqda Ermənistan rəhbərliyi indidən düşünməlidir.
Qoran Lenmarker müharibənin yenidən başlanmasının hər iki dövlətin inkişafına ciddi sədd çəkəcəyini vurğulamış və bildirmişdir ki, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının davam etdirilməsi zəruridir. O, Ermənistana səfərindən sonra problemin həlli istiqamətində qəti fikir söyləyə biləcəyini söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]