ATƏT-İN XÜSUSI NÜMAYƏNDƏSİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLMİŞDİR
Fevralın 1-də ATƏT Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Azərbaycana gəlmişdir.
Qonağı Binə hava limanında Milli Məclisin deputatları Eldar İbrahimov, Səttar Səfərov, Aydın Mirzəzadə və kütləvi informasiya vasitələrinin nümayəndələri qarşılamışlar.
Qoran Lenmarker AZƏRTAC-ın müxbirinə demişdir ki, səfəri tanışlıq xarakteri daşıyır. Azərbaycanda olduğu müddətdə məlum münaqişə ilə bağlı ölkəmizin üzləşdiyi çətinliklər, digər problemlər barədə tam təsəvvür əldə etməyə çalışacaq və ATƏT-in rəhbərliyinə obyektiv məlumat verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]