ATƏT PA-NIN 13-CÜ SESSİYASI BÖYÜK BRİTANİYADA KEÇİRİLƏCƏKDİR
İyulun 5-7-də Edinburqda (Böyük Britaniya) ATƏT-in Parlament Assambleyasının 13-cü illik sessiyası keçiriləcəkdir.
ATƏT-in katibliyindən AZƏRTAC-a daxil olmuş məlumata görə, sessiyanın işində təşkilatın üzvü olan 55 ölkənin 300-dən artıq deputatı iştirak edəcəkdir.
Sessiyanın gündəliyinə parlamentdaxili dialoqun inkişafı, habelə təşkilatın ayrı-ayrı strukturlarının fəaliyyəti yolunda mövcud maneələrin aradan qaldırılması məsələləri daxildir.