ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma Azərbaycana səfərə gəlib
Bakı, 12 noyabr, AZƏRTAC
ATƏT Parlament Assambleyasının (PA) prezidenti xanım Pia Kauma noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev və digər rəsmi şəxslər qarşıladılar.