Atilla Jorma: Azərbaycana hər gəlişim mənim üçün yeni bir mənəvi zənginlikdir
Şuşa, 1 iyul, AZƏRTAC
İstanbul Universitetində təhsil aldığım dövrdən etibarən Azərbaycana mütəmadi səfərlər edirəm. Hazırda 74 yaşım var. Universiteti bitirməyimdən 50 il keçsə də, Azərbaycana hər gəlişim mənim üçün yeni bir mənəvi zənginlik deməkdir. Hər səfərimdə mütləq kitablar, musiqi albomları və mədəniyyət nümunələri əldə edirəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Şimali Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin müəllimi, türkoloq-alim Atilla Jorma söyləyib.
Azərbaycan mədəniyyətinə heyranlığını gizlətməyən alim deyib: “Azərbaycan musiqisi ilə yanaşı, ədəbiyyatı da mənim üçün böyük dəyər daşıyır. Bu xalqın poeziyası, yazılı irsi və mədəni yaddaşı son dərəcə zəngindir”.
Atilla Jorma Şuşaya ilk dəfə səfər etdiyini bildirərək, şəhərin zəngin tarixi və mədəni irsinin onda dərin təəssürat yaratdığını xüsusi qeyd edib.
Müxbir - Gülay Nəzərova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]
Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub
- 01.10.2026 [15:26]
Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu
- 01.10.2026 [14:17]
Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]