ATV+ nümayiş etdirdiyi kanalların sayını 156-ya çatdıracaq
Bakı, 7 dekabr, AZƏRTAC
ATV öz abunəçilərinə ATV+ vasitəsilə yerli və xarici kanalları (türk, rus, Avropa) təklif edir. Abunəçilər indiyədək 95 kanalı izləyə bilirdilərsə, yaxın vaxtlarda onların sayı 156-ya çatdırılacaq.
“Azad Azərbaycan” müstəqil teleradio yayım şirkətinin nümayəndəsi Murad Məmmədov AZƏRTAC-a müsahibəsində deyib ki, ATV+ ölkəmizdə rəqəmsal efir televiziya yayım xidmətləri göstərən televiziya operatorudur. Şirkət yayımın müasir DVB-T (Digital Video Broadcasting - Terrestrial) standartı əsasında aparılmasına üstünlük verir, yeni texnologiyanı dəstəkləyir.
M.Məmmədov bildirib ki, ATV+ layihəsi, eyni zamanda, simsiz birləşmə təklif edir. Bununla xidmətə qoşulmaq daha asan olacaq, mənzillərin divarını yarmağa ehtiyac qalmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]