“Autizmdə effektiv müdaxilələr” – BSU-da məlumat sessiyası
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Bakı Slavyan Universitetində (BSU) “Autizmdə effektiv müdaxilələr" mövzusunda məlumat sessiyası keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Birgə və sağlam” İctimai Birliyinin psixoloqu Nərmin Həsənli autizmin statistikası, onun diaqnostikası, autizm-spektr pozuntusu barədə danışıb. O, autizmdə reabilitasiya metodları sırasında yer alan tətbiqi davranış analizi (ABA) ilə bağlı ətraflı məlumat verib. Tədbirdə, həmçinin ABA tədris proqramının əhəmiyyəti və effektivliyindən söz açılıb.
Məlumat sessiyası tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]