AVARÇƏKMƏ NÖVLƏRİNİN POPULYARLAŞDIRILMASI MƏQSƏDİ İLƏ TƏDBİRLƏR GÖRÜLÜR
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizdə avarçəkmə növlərinin populyarlaşdırılması istiqamətində daha bir addım atılmışdır.
Bununla bağlı AMAF rəhbərliyi respublikamızda fəaliyyət göstərən ayrı-ayrı klubların nəzdində avarçəkmə növləri üzrə bölmələr açacaqdır. İlkin olaraq “Neftçi” İdman Sağlamlıq Mərkəzi, “Dinamo” idman cəmiyyəti və Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan klublarla danışıqlar aparılmışdır.
Həmin qurumlarda avarçəkmə ustalığına yiyələnmək istəyənlərə təcrübəli mütəxəssislər tərəfindən akademik avarçəkmə, baydarka, kanoe və kayak-polo üzrə nəzəri-praktiki məşğələlər keçiriləcəkdir. AMAF yaxın gələcəkdə bölgələrdə də avarçəkmə növləri üzrə klubların yaradılmasını planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]