AVRATLANTİKA STRUKTURLARINA İNTEQRASİYA AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏNDİR
Qraham Uatson demişdir ki, rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərindən məqsəd ölkəmizlə bağlı ətraflı məlumat toplamaq və əlaqələri daha da inkişaf etdirməkdir. Avropa İttifaqı sərhədlərini daha da genişləndirir. Biz çalışırıq ki, qonşularımızı daha yaxından tanıyaq və düzgün əlaqələr quraq. Bu gün bütün dünya terrorizmdən, mütəşəkkil cinayətkarlıqdan, miqrasiyadan və digər problemlərdən əziyyət çəkir. Bu problemlərin həllində yeni qonşularla əməkdaşlığın prinsipləri, əlaqələrin bütün istiqamətləri düzgün müəyyən olunmalıdır.
Görüşdə bu ilin may ayında Milli Məclisə keçiriləcək təkrar seçkilərə hazırlıq, Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulmuş, Oqtay Əsədov Azərbaycan hakimiyyətinin təkrar seçkilərin tam demokratik, azad və ədalətli keçirilməsində maraqlı olduğunu bildirmişdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.