“Avro-2024”ün daha bir iştirakçısı məlum olub
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da “Avro-2024”ün daha bir iştirakçısının adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, G qrupunda keçirilən son oyunlardan sonra Serbiya Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
Qrupun son matçında Bolqarıstan millisi ilə qarşılaşan Serbiya oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Bununla da xallarının sayını 14 çatdıran Serbiya üçüncü yerdə qərarlaşan Monteneqro (11 xal) üçün əlçatmaz olub. Sonuncular isə səfərdə qrupun lideri Macarıstana məğlub olublar - 1:3.
Beləliklə, G qrupundan Macarıstan və Serbiya Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]