AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN MÜRACİƏTİNİN QORBAÇOVA ÇATDIRILMASINA İMKAN VERİLMƏMİŞDİR
Avropa Azərbaycanlıları Konqresinin Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin (Green Cross İnternational) idarə heyətinin sədri, keçmiş SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçova ünvanladığı müraciətin ona təqdim edilməsinə imkan verilməmişdir.
AZƏRTAC xəbər verir ki, Konqresin fəallarından olan Vüsalə Hüseynova Beynəlxalq Yaşıl Xaç Cəmiyyəti Baş Assambleyasının toplantısında müraciəti M.Qorbaçova təqdim etmək üçün ABŞ-ın Nyu-Orlean şəhərinə getmişdir. Lakin M.Qorbaçovun mühafizəçiləri müraciətin birbaşa ona təqdim olunmasına imkan verməmişlər.
Qorbaçovu SSRİ-nin rəhbəri olarkən Azərbaycana qarşı cinayət əməlləri törətməkdə ittiham edən müraciətin mətni sərt olduğundan keçmiş sovet dövləti başçısı protokolunun rəhbəri Aleksandr Likotel də onu qəbul etməmişdir. Çox ciddi səylərdən sonra yalnız Xocalı faciəsindən bəhs edən kitab protokolun rəhbərinə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]