Avropa çempionatı: Azərbaycan basketbol millisi Albaniyanı məğlub edərək finala yüksəlib
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan basketbol millisi Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında Avropa çempionatının "C" divizionunda yarımfinal oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, yığma ev sahibi Albaniya seçməsi ilə qarşılaşıb və rəqibi üzərində 62-41 hesablı qələbə qazanıb. 18 xal toplamış milli komandanın üzvü Derin Berköz qarşılaşmanın ən məhsuldar basketbolçusu seçilib. Bu qələbə ilə Azərbaycan yığması Avropa çempionatının finalına vəsiqə qazanıb. Millinin iyulun 28-də baş tutacaq final görüşündəki rəqibi Lüksemburq-Ermənistan matçının qalibi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]