Avropa çempionatının gümüş mükafatçısı: Finalda tələskənliyə yol verdim
Bakı, 15 fevral , AZƏRTAC
“Hər yarışda olduğu kimi, burada da həyəcan var idi. Çox şükür, bunun öhdəsindən gələ bildik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında gümüş medal qazanan yunan-Roma güləşçisi Rəşad Məmmədov Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, bu, onun iştirak etdiyi ilk qitə birinciliyi idi: “Rumıniya və Gürcüstan güləşçilərinə qalib gələrək finala yüksəldim. Həlledici görüşdə Moldova idmançısı ilə qarşılaşdım. Hesabda 3:0 öndə idim. Lakin bir az tələskənliyə yol verdim. Gələn dəfə gümüş medalı qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar. Millinin digər yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) qızıl, Ülvü Qənizadə (72 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) isə bürünc medalın sahibi olub. Yığma bu göstərici ilə Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]