Avropa çempionatının ikinci günündə daha dörd güləşçimiz mübarizəyə qoşulub
Bakı, 29 mart, AZƏRTAC
Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparırlar.
Mübarizəyə səkkizdəbir finaldan qoşulan Əli Rəhimzadə (61 kq) ilk görüşdə Almaniya pəhləvanı Niko Antonio Zarkone ilə qarşılaşacaq. Kənan Əliyev (86 kq) belaruslu Abdulla Ömərov, Hacımurad Ömərov (70 kq) isə gürcüstanlı Mirza Sxulukia ilə üz-üzə gələcək. Çempionatda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Umar İsrailovun rəqibi isə Ukrayna güləşçisi Danilo Kartavi olacaq.
Azərbaycan güləşçiləri yarışın birinci gününü bir qızıl və bir bürünc medalla başa vurublar. Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]