AVROPA İNSAN HÜQUQLARI SEMİNARI İŞƏ BAŞLAMIŞDIR
Ombudsman Elmira Süleymanova respublikada insan hüquqlarının qorunması və təmin edilməsi sahəsində görülmüş işlər barədə məlumat vermiş, ölkəmizdə Avropa İttifaqı ilə əməkdaşlığa önəm verildiyini vurğulamışdır. Müvəkkil idarəetmə işinin təkmilləşdirilməsinin, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini bildirmiş və birgə əməkdaşlıq təklif etmişdir.
Avropa Şurası İnsan Hüquqları üzrə II Baş Direktorluğunun nümayəndəsi David Kupina Avropa İnsan Hüquqları Standartlarının əhəmiyyətindən danışmış, insan hüquqlarının həyata keçirilməsində ombudsmanın, hökumətin və milli məhkəmələrin mühüm rolunu diqqətə çatdırmışdır.
Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə keçirilən seminarda “Azərbaycanda insan hüquqlarının qorunması sahəsində vəziyyət”, “İnsan hüquqlarının qorunmasında ombudsmanların rolu”, “Dövlət orqanlarının fəaliyyətində Avropa İnsan Hüquqları Konvensiyası müddəalarının tətbiqi”, “Avropa Sosial Xartiyası və insan hüquqları” və digər mövzularda məruzələr dinləniləcəkdir.