AVROPA İTTİFAQI ŞİMALİ KİPRƏ 139 MİLYON AVRO YARDIM GÖSTƏRƏCƏK
Yardımın 40 milyon avrosu sentyabrın 29-da Lefkoşaya çatdırılacaqdır. İkinci ödəmə tarixi üzrə müzakirələr isə oktyabrın 20-də keçiriləcəkdir.
Avropa Komissiyası proqramı adanın birliyini təmin etmək və Kipr türklərinin təcrid olunmasına son qoymaq məqsədi ilə hələ 2004-cü ilin iyulunda təsdiq etmişdi. Həmin il iyulun 14-də Lefkoşada proqramın həyata keçirilməsi üzrə ofis də yaradılmışdı.
Ayrılan vəsait enerji, tullantıların zərərsizləşdirilməsi, infrastruktur layihələrinə sərf olunacaqdır. Proqramda Şimali Kiprlə adanın yunan hissəsi arasında ticarət əlaqələrinin yaradılması da nəzərdə tutulur. Lakin bu əlaqələrin yaradılması üçün Avropa Şurasının razılığı tələb olunur. Avropa İttifaqına sədrlik edən Finlandiyanın səylərinə baxmayaraq, Kiprin yunan hissəsi proqramın bu hissəsinə etirazını bildirməkdə israrlıdır. Yunanların razılaşmadığı əsas məsələ Maqosa limanının Annan planına görə Şimali Kiprin istifadəsinə verilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]