Avropa İttifaqında orta ömür uzunluğu ötən il 81,7 il olub
Berlin, 11 sentyabr, AZƏRTAC
Avropa İttifaqında orta ömür uzunluğu ötən ilin məlumatlarına əsasən 81,7 il olub. Bu, 2023-cü illə müqayisədə 0,3 il çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Statistika Komitəsinin (Eurostat) uzunömürlülük üzrə məlumatında qeyd edilib.
Orta uzunömürlülük göstəricisi 15 ölkədə Aİ ilə müqayisədə yüksək olub. Ən yüksək ömür uzunluğu İtaliyada, İsveçdə (hər ikisində 84,1 il) və İspaniyada (84 il) müşahidə olunub. Ən aşağı göstəricilər isə Bolqarıstanda (75,9 il), Rumıniyada (76,6 il) və Latviyada (76,7 il) qeydə alınıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]