AVROPA PARLAMENTİ UKRAYNADA PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURUNU YENİDƏN KEÇİRMƏYƏ ÇAĞIRIR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, dekabrın 2-də Avropa Parlamenti Ukraynada vəziyyət haqqında qətnamə qəbul edərək, prezident seçkilərinin ikinci dövrəsini yenidən keçirməyə çağırmışdır.
Avropa Parlamenti Avropa Birliyinin xarici siyasəti sahəsində icrası məcburi olan qanunlar qəbul edə bilməz və məsləhətçi rolu oynayır. O, AB Şurasına və Avropa Komissiyasına tövsiyə etmişdir ki, Ukrayna ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin qüvvəsini dərhal dayandırsın, habelə bu ölkənin iqtidarı dinc nümayişçilərə qarşı güc işlədərsə, digər sanksiyalar da nəzərdə tutsunlar. Avropa Parlamentinin deputatları nümayişçilərin özlərini isə dövlət idarələrinin normal işinə mane olmamağa və onları blokadaya almamağa çağırmışlar.
Avropa Parlamenti Ukraynanın demokratik millətlər birliyində öz yerini tutması üçün hər şeyi edəcəyinə söz vermişdir.
Qətnamədə Ukrayna böhranında Rusiyanın hərəkətlərinə mənfi qiymət verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]