AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI KOMİTƏSİNİN İCLASINDA MÜHACİRLƏR MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQDIR
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Bəxtiyar Əliyev bu qurumun Qaçqınlar, Miqrasiya və Əhali Məsələləri Komitəsinin iclasında iştirak etmək üçün dekabrın 4-də Parisə səfər edəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan deputatı sığınacaq axtaranlar və mühacirlər mövzusunda məruzə edəcək, bu barədə təkliflərini bildirəcəkdir.
İclasda XX əsrdə Avropada deportasiyaya uğramış xalqların Xatirə mərkəzinin yaradılması, deportasiya olunmuş mesxeti türklərinin vəziyyəti və digər mövzularda müzakirələr aparılacaqdır.
Səfər dekabrın 9-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]