AVROPA ŞURASININ MONİTORİNQ QRUPU ƏDLİYYƏ NAZİRLİYİNDƏ QƏBUL EDİLMİŞDİR
Görüşdə ölkəmizin Avropa Şurası qarşısında öhdəliklərinin icrası üzrə məlumat verilmiş, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, yerli özünüidarə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqlarının etibarlı təmin edilməsi və digər sahələrdə zəruri tədbirlərin görülməsi qeyd olunmuş, monitorinq qrupunun fəaliyyətinin əhəmiyyəti vurğulanmışdır.
Qrupun rəhbəri – İtaliyanın Avropa Şurası yanında səfiri Pietro Erkole Aqo Azərbaycanda həyata keçirilmiş tədbirlərin vacibliyini qeyd edərək, yeni qəbul edilən qanunların Avropa Şurasında ekspertizadan keçirilməsinin əhəmiyyətini vurğulamış, ölkəmizin bəzi konkret öhdəliklərinin icrası ilə maraqlanmış, qaldırdığı sualların ətraflı cavablandırılmasına görə minnətdarlığını bildirmişdir.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə ədliyyə nazirinin müavini, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov və nazirliyin digər məsul işçiləri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]