Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropanın miqrant problemi qarşısında acizliyi fonunda miqrasiya sahəsində idarəetmənin mütərəqqi Azərbaycan modeli

Avropanın miqrant problemi qarşısında acizliyi fonunda miqrasiya sahəsində idarəetmənin mütərəqqi Azərbaycan modeli

Bakı, 17 dekabr, AZƏRTAC

İyirmi beş il əvvəl - 1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilib. 2000-ci ildən etibarən həmin tarix Beynəlxalq Miqrant Günü kimi qeyd olunur. AZƏRTAC bu günlə, eləcə də müasir dünyanın miqrasiya problemləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin məqaləsini təqdim edir.

Miqrasiya və miqrantlar mövzusu müasir dünyanın geniş müzakirələrə səbəb olan ən aktual mövzularındandır. Məlum olduğu kimi, miqrant daimi və ya məqsədindən asılı olaraq müvəqqəti yaşamaq üçün ölkə daxilində və ya bir ölkədən digər ölkəyə miqrasiya edən şəxsdir. Miqrantlar iki kateqoriyaya ayrılır: miqrasiya etdiyi təyinat ölkəsinin qanunvericiliyinə uyğun olaraq həmin ölkəyə gəlmə və ölkədən getmə, orda olma, yaşama və bundan irəli gələn digər qaydalara əməl edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər qanuni miqrantlardır; eyni zamanda, həmin tələblərdən ən azı birinə əməl etməyənlər isə qanunsuz miqrantlar sayılır.

Miqrasiya Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Həmçinin Məcəllənin 76.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün vəzifələri də yerinə yetirməlidirlər. Lakin Miqrasiya Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər.

Əlbəttə, qloballaşan dünyada XIX əsrə xas formada yalnız bir etnik tərkibdən ibarət dövlətin mövcudluğu sadəcə olaraq mümkünsüzdür. Ona görə də dövlətlər müxtəlif etnik, dini və mədəni tərkiblə hesablaşmağı bacarmalıdırlar. Bu baxımdan müasir dünyada bəzi dövlətlər intellektual və əmək potensialından istifadə edilməsi üçün əsasən ixtisaslı mütəxəssislərin ölkələrinə cəlb olunmasında, miqrasiyasında çox maraqlıdır. Bununla yanaşı, tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin qarşısının alınması da çox ciddi amildir. Amma şübhəsiz ki, istənilən halda belə, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsas götürülməlidir.

Miqrasiya problemi 2015-ci ilin ikinci yarısından başlayaraq Avropa İttifaqının aparıcı siyasi dairələrinin də, bütün kütləvi informasiya vasitələrinin də əsas müzakirə mövzusu oldu. Çünki dünyanın bir sıra ölkələrində - Suriya, İraq, Liviya və Yəmən daxil olmaqla, Yaxın Şərqdə müharibə və zorakılıqların davam etməsi bu bölgədən Avropaya qeyri-leqal miqrant axınını genişləndirib və avropalılar miqrantları onların boyunlarından asılmış artıq yük adlandırırlar. Təsəvvür edin, baxmayaraq ki, sakitcə öz həyatını yaşayan xalqı demokratiya pərdəsi altında hakimiyyətə qarşı qaldıran və ona gözəl gələcək vəd edənlər indi həmin xoşbəxt gələcəyə qovuşmaq üçün Avropaya sığınan milyonlarla insanı dəmir və beton sədlərlə, tikanlı məftillərlə, polis zorakılığı ilə, hətta insanlığa sığmayan əməllərlə üz-üzə qoyurlar.

Xatırlayırsınızsa, miqrantlarla dolu, aralarında hətta körpə uşaq olan yük maşını qapısı bağlı vəziyyətdə Avstriyada yol kənarında aşkar edilmişdi. Xoşbəxtlikdən onları son anda xilas etmək mümkün olmuşdu. Lakin nə olsun? Dənizdə boğulan və cəsədləri Bodrum sahillərinə çıxan uşaqları xilas etmək mümkün olmadı. Onların fotosu dünya mediasının baş xəbərinə çevrildi. Kimlərsə yaşananlara bir tamaşaçı kimi, yaxud xəbər biznesi kimi yanaşmaqdadırlar. Lakin acınacaqlı vəziyyətin aradan qaldırılması istiqamətində hələ ki real və konkret addımlar atmayan Avropanın cəhdləri və bəyanatları isə heç bir nəticə vermir. Başqa cür ola da bilməz. Çünki ilk növbədə, Qərb dünyası bu gün miqrant problemini həll etmək üçün mütəmadi müzakirələr aparıb, həll yolu axtarsa da səmərəli nəticə əldə olunmamasının köklü səbəbləri var. Avropada yaşanan problemlərin əsas səbəbi məhz Qərbin vaxtilə Suriyada, Liviyada, Yəməndə, Misirdə, bir sözlə, Yaxın Şərqdə törətdiyi əməllərdən qaynaqlanır. Belə olan halda münaqişə ocaqlarını yaradan və onu alovlandıranlar məntiqi olaraq acı nəticələri də bölüşməlidirlər. Həmin ölkələrdə “Ərəb baharı” adı altında inqilablar həyata keçirmək üçün müxalif qüvvələrə siyasi, maliyyə, silah yardımı edən və təlimlər keçənlər indi o ölkələrdən gələn miqrantları qəbul etmək məcburiyyətindədirlər. Suriyada, İraqda baş qaldıran İŞİD terror qrupu da təsadüfən ortaya çıxmayıb. Elə bu qruplar da Qərbin nəzarətsiz silahlı dəstələri inqilabçılar, azadlıq mücahidləri adlandırılmasının acı nəticəsidir. İkincisi isə, miqrasiya problemlərinin operativ və düşünülmüş şəkildə həlli üçün düzgün miqrasiya siyasəti aparılmalıdır. Özü də bu siyasətin əsası bu gün, yəni bütün dünyanın miqrasiya problemi ilə üzləşdiyi bir vaxtda deyil, çox-çox əvvəllər qoyulmalı idi.

Artıq dünyanın bir çox qaynar nöqtələrində baş verən qarşıdurma və müharibələr geniş, davamlı xarakter alıb. Yerli hökumətlər isə büdcə gəlirlərini artırmaq, əhalinin sosial rifahını yüksəltmək əvəzinə daxili sabitliyi təmin etmək uğrunda mübarizə aparmalı olurlar. Liviyaya, Suriyaya müdaxilə ediləndə, Afrikada yerli əhalinin ənənəvi həyat tərzini pozanda, milli dəyərlərini, mədəniyyətlərini məhv edəndə düşünmək lazım idi ki, bir gün onlar Avropa ölkələrinə üz tutmaq məcburiyyətində qalacaqlar. İndi məsələnin digər tərəfi ondan ibarətdir ki, Avropa ölkələrində qəbul edilən qanunlar insanların irqindən, dinindən asılı olmayaraq, hər kəsə bərabər hüquqlar, yüksək həyat şəraiti nəzərdə tutsa da, bir sıra ölkələr miqrantlara dini mənsubiyyətinə görə selektiv yanaşır. Bəli, miqrantlara qarşı ayrı-seçkilik faktiki olaraq Avropada siyasi elita və dairələrin ikili standartdan çıxış etdiyini göstərir. Bu halda sual oluna bilər: İnsan haqlarından, tolerantlıqdan, bərabərlikdən ağızdolu danışanlar, ATƏT-in iclaslarında ayrı-ayrı ölkələrdəki hadisələri şişirdib öz siyasi məqsədləri üçün təzyiq vasitəsi kimi istifadə edənlər nə üçün susur və ikili yanaşmaya münasibət bildirmir?

Bu gün dünyanın müxtəlif bölgələrində bütövlükdə 30-a yaxın münaqişə ocağı var və əksəriyyətinin kökündə iqtisadi bərabərsizlik, başqalarını istismar siyasəti, iri imperializm meyilləri dayanır. Yaranmış vəziyyətdən çıxış yolu isə dünyada multikultural, tolerant dəyərlərə, ölkələrin və xalqların həyat tərzinə, ənənələrinə hörmət və onlarla bərabər hüquqlu münasibətlərin yaradılmasından keçir.

Bir məqamı qeyd etmək istərdim ki, Avropa İttifaqının miqrant böhranı ilə əlaqədar tarixinin ən böyük problemlərindən birini yaşadığı vaxtda - bu il sentyabrın 2-də və 3-də Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqin ölkəmizə səfəri diqqət çəkməyə bilməz. Cənab Uilyam Sinqin Prezident İlham Əliyev ilə görüşündə ölkəmizdə miqrasiya xidmətinin fəaliyyətini yüksək qiymətləndirərək öz heyranlığını ifadə etməsinin arxasında isə miqrasiya ilə bağlı aparılan çevik, effektiv siyasət dayanır.

Uilyam Leysi Sinq dövlətimizin başçısına müraciətlə dedi: “Mən Sizin rəhbərliyinizlə ölkənizdə sözün həqiqi mənasında həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”.

Həmin görüşdə Prezident İlham Əliyevin xüsusi vurğuladığı “bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Dövlət Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi. Lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimlənmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın”, - fikrinin arxasında da miqrasiya ilə bağlı məsələlərin daim dövlətin diqqət mərkəzində olması durur.

Bəli, Azərbaycanın geosiyasi cəhətdən əlverişli məkanda yerləşməsi, siyasi sabitlik, dinamik inkişaf, demokratiya, geniş beynəlxalq əməkdaşlıq kursu, neft və qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü siyasət nəticəsində xarici və daxili investisiyalar üçün yaradılan əlverişli şərait sərmayələrin həcminin əhəmiyyətli dərəcədə artmasına imkan verib. Ölkəmizi xarici investorlar və miqrantlar üçün cəlbedici edib. Miqrasiya proseslərinin intensivləşməsi və qeyd olunanların məntiqi sonluğu kimi dövlətimizin mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilməsi miqrasiya proseslərinə nəzarətin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsini şərtləndirib. Elə 2007-ci ildə Dövlət Miqrasiya Xidmətinin yaradılmasının da əsas məqsədi bu idi.

Azərbaycanda miqrasiya proseslərinin idarəedilməsi sahəsində nəzarətin gücləndirilməsi, bu istiqamətdə qeydə alınan statistikanın təhlili, tənzimlənməsi və proqnozlaşdırılması, eləcə də miqrasiya siyasətinin ölkənin siyasi və iqtisadi maraqlarına yönəldilməsi məqsədilə Prezident İlham Əliyev dövlətin müvafiq orqanları qarşısında mühüm tapşırıqlar qoyub:

• Ölkəmizdə bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması;

• Mövcud inzibati prosedurların sadələşdirilməsi;

• Xidmət göstərilən kontingentin, o cümlədən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin məmnunluq səviyyələrinin artırılması;

• “Elektron hökumət” portalına inteqrasiya və s.

Nəzərə alaq ki, bütün bunlar uğurlu miqrasiya idarəçiliyinin təmini ilə yanaşı, həm də Azərbaycan dövlətinin humanist mahiyyətindən irəli gələn bir tələbdir. Avropanın miqrant problemi qarşısında acizliyi fonunda Azərbaycanda bu sahədə hökm sürən sabitliyin arxasında da məhz miqrasiya proseslərinin beynəlxalq hüquq normalarına uyğun idarə olunması və demokratik vəziyyətin daim nəzarətdə saxlanılması kimi vacib şərtlər dayanır.

Hazırda dünya iqtisadiyyatının 85 faizi, dünya ticarətinin 80 faizi ən mühüm beynəlxalq qurumlardan biri hesab olunan G20 ölkələrinin payına düşür. Bu nöqteyi-nəzərdən, G20 ölkələrinin dünyada gedən proseslərə mühüm təsiri var. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qonaq qismində “Böyük İyirmiliy”in Antalya Sammitinə dəvət olunması, sammitin bütün toplantılarında, yığıncaqlarında iştirak və çıxış etməsi Azərbaycan üçün olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanın imza atdığı bu tarixi uğurlar Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş uzaqgörən strateji xətti dünyanın və zamanın sərt tələblərinə çox böyük siyasi ustalıqla uyğunlaşdıraraq davam etdirdiyini göstərir. Nəticə göz qabağındadır. Azərbaycan Respublikasında müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, siyasi sabitlik, həmçinin ölkəmizin geosiyasi mövqeyi dünyanın müxtəlif guşələrindən Azərbaycana miqrasiya edənlərin sayının artmasına səbəb olub. Bu gün ölkəmizin bütün regionlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin genişləndirilməsi və onların rahatlığı üçün Xidmət tərəfindən 8 regional miqrasiya idarəsinin fəaliyyəti tam təmin olunub.

Onu da qeyd edim ki, DMX-nin təqdim etdiyi 11 elektron xidmətdən 10-u “Elektron hökumət” portalına qoşulub. Ölkədə miqrasiya sahəsində həyata keçirilən proseslərdə ictimaiyyətin fəallığının artırılması, bu sahədə qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə 2015-ci ildə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura yaradılıb. Şura vasitəsilə miqrasiya sahəsində ictimai iştirakçılıq daha geniş tətbiq olunur, ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı vətəndaş cəmiyyəti nümayəndələri cəlb edilərək ictimai dinləmələr keçirilir.

Bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.

Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti nəzərə alınaraq, vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdən irəli gələrək, milli qanunvericiliyin beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən tədbirlər görülür. Bununla yanaşı, vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir. İndiyədək görülmüş tədbirlərin nəticəsidir ki, 1033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin vətəndaşlığına qəbul olunub. Bununla belə, bu müddət ərzində 32 mindən çox şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən “Açıq hökumət”in təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən Xidmətin regional miqrasiya idarələrinin əhatə etdiyi rayonlarda ictimaiyyət və KİV nümayəndələri üçün bir neçə dəfə “Açıq qapı günü” - vətəndaş forumları, maarifləndirmə tədbirləri keçirilib. Məqsəd istər Azərbaycan vətəndaşlarının, istərsə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığını təmin etmək, suallarını birbaşa yerindəcə cavablandırmaq, əgər problemləri varsa, dərhal həll etməkdir.

Azərbaycanda haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə Dövlət Miqrasiya Xidməti tərəfindən iş icazələrinin verilməsi, qanuni əsaslarla fəaliyyət göstərən əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz fəaliyyət göstərənlərlə bağlı müvafiq tədbirlər görülməsi istiqamətində lazımi tədbirlər müvəffəqiyyətlə icra olunmaqdadır. Çünki Prezident İlham Əliyevin Dövlət Miqrasiya Xidməti qarşısında qoyduğu vəzifələrdən biri də odur ki, “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”.

Azərbaycanın miqrasiya qanunvericiliyində əcnəbilərə ölkəmizdə yaşama və iş icazələrinin verilməsi kifayət qədər sadələşdirilib. Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi. Amma 2013-cü il avqustun 1-dən qüvvəyə minən Miqrasiya Məcəlləsinə əsasən, bu məhdudiyyət aradan qaldırılıb. Həmçinin dövlətimizin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500 min manat investisiya qoyan şəxslərə üç ilədək müddətə müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair müddəa da hazırkı qanunvericilikdəki yeniliklərdən biridir.

Miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Azərbaycanda qısa vaxt ərzində miqrasiya sahəsində həyata keçirilmiş yenilikləri ölkə ictimaiyyəti də, beynəlxalq təşkilatlar da, respublikamıza gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də görür. Ölkəmizdə miqrasiya ilə bağlı görülən işlər nümunə göstərilir. Biz çalışırıq ki, bu etimadı layiqincə doğruldaq.

Firudin Nəbiyev

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi,

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib