“Avroviziya-2024” unikal tərtibata malik səhnədə keçiriləcək
Stokholm, 20 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
Gələn il may ayının 7-si, 9-u və 11-də İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2024" mahnı müsabiqəsinin səhnəsinin və işıq dizaynının necə olacağı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsinə cavabdeh olan SVT televiziya şirkəti dərc etdiyi press-relizdə səhnəni “auditoriyanı və tamaşaçıları 360 dərəcəli bucaq altında qarşılayan meydança” kimi təsvir edib. Zalın mərkəzində yerləşən səhnə və onun üzərindəki işıq diodlarının monumental konstruksiyası xaç şəklində olacaq.
Səhnənin dizaynı Florian Vider və Fredrik Stormbiyə məxsusdur.
F.Vider Beyonse, Adel və Cennifer Lopez kimi artistlərlə çalışıb, habelə yeddi “MTV Video” musiqi mükafatının dizayneri və yaradıcı prodüseri olub. F.Stormbi isə dizaynerlik işlərindən əlavə, “ABBA Voyage” və Beyonsenin “Renessans-tur” layihələrində iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
- 07.10.2026 [15:34]