Avrozonada investorların inam indeksi bir ilin maksimumuna yüksəlib
Roma, 10 iyun, AZƏRTAC
Avrozonada investorların inam indeksi son bir ilin maksimum səviyyəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, investorların may ayında mənfi 8,1 olan inam indeksi iyunda 0,2 olub. Bu, 2024-cü ilin iyun ayından bəri ən yüksək səviyyədir. Bazar proqnozları isə indeksin mənfi 6 səviyyəsinə yüksələcəyi istiqamətində idi.
İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də 3,8-dən 14,3-ə yüksəlib. Beləliklə indeks son iki ayda 30,1 bənd artıb.
Cari vəziyyət indeksi isə mənfi 19,3-dən mənfi 13-ə yüksələrək ötən ilin iyunundan bu vaxtadək ən yüksək səviyyəyə çatıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]