Avstraliya Ukraynaya hərbi yardım üçün daha 73,4 milyon dollar ayıracaq
Bakı, 26 iyun, AZƏRTAC
Avstraliya hökuməti Ukraynaya 73,4 milyon dollar məbləğində növbəti maliyyə yardımı paketini təqdim edəcək. Bazar ertəsi baş nazir Entoni Albanez bildirib ki, bu vəsait hərbi maşın və sursatların alınmasına sərf olunacaq. Baş nazirin bəyanatı hökumət ofisi tərəfindən yayılıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, yardım paketi çərçivəsində 70 vahid hərbi texnika (o cümlədən 28 ədəd M113 zirehli texnikası, 14 xüsusi təyinatlı maşın və 28 ədəd MAN 40M orta ölçülü yük maşını), həmçinin 105 mm-lik artilleriya mərmisi alınacaq. Bundan əlavə, Ukrayna vətəndaşlarına humanitar yardım üçün BMT-yə 10 milyon Avstraliya dolları (6,7 milyon dollar) göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]