Avstriya Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
Bakı, 9 dekabr, AZƏRTAC
Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Aksel Vex etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir A.Vex ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib. O, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.