Avstriya hökuməti Tirol əyalətini 10 gün müddətinə qapalı zona elan edib
Vyana, 9 fevral, AZƏRTAC
Avstriyanın Tirol federal əyalətində koronavirusun Böyük Britaniya (B1.1.7) və Cənubi Afrika Respublikasında (B.1.351) ilk dəfə aşkarlanın mutasiyalarının digər əyalətlər və ölkə xaricinə yayılmasının qarşısını almaq məqsədilə Avstriya hökuməti növbəti məhdudlaşdırıcı addımları elan edib.
AZƏRTAC xəbər verir ki, fevralın 9-da hökumət üzvlərinin birgə mətbuat konfransında Tirol əyalətinin 10 gün müddətinə qapalı zona olacağı elan edilib. Federal Kansler Sebastian Kurts bildirib ki, əyalət sakinləri yalnız mənfi PCR testləri təqdim etməklə Tirol ərazisini tərk edə biləcəklər. O, bu addımı yoluxucu variantların yayılmasının qarşısını almaq üçün qaçılmaz addımlar kimi dəyərləndirib.
Hökumətin qərarına əsasən, fevralın 12-dən etibarən qüvvəyə minəcək qərardakı müddət epidemioloji vəziyyətdən asılı olaraq uzadıla bilər. Avstriya ordusu və polis əyalətin həm digər əyalətlərlə, həm də İtaliya və Almaniya ilə sərhədlərində giriş-çıxışa nəzarət edəcək, əyaləti tərk edənlərin test arayışlarını yoxlayacaqdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]