Avstriyada xəstəxanaların reanimasiya şöbələrində çarpayı çatışmazlığı yarana bilər
Vyana, 3 noyabr, AZƏRTAC
Avstriyada koronavirus xəstələrinin sayının kəskin artması ilə əlaqədar xəstəxanaların reanimasiya şöbələrində çarpayı çatışmazlığı yarana bilər.
AZƏRTAC xəbər verir ki, infeksiyanın sürətlə yayılması nəticəsində ötən bir həftə ərzində ölkənin xəstəxanalarında COVID-19-la əlaqədar xəstələrin sayı 62 faiz, reanimasiya şöbələrində yatan xəstələrin sayı isə 78 faiz artıb.
Səhiyyə naziri Rudolf Anşoberin təqdim etdiyi yeni məlumatlara əsasən, noyabrın 2-də yoluxma sayı 4135 olub. Hazırda 2161 nəfər xəstəxanalarda müalicə olunur, onlardan 336 nəfər reanimasiya şöbələrinə yerləşdirilib.
Nazirin sözlərinə görə, yoluxma bu sürətlə davam edərsə, reanimasiya şöbələrində vəziyyət kritik həddə çata bilər. Buna görə də hökumət və səhiyyə qurumlarının qarşısında duran əsas vəzifə noyabrın ortalarınadək bu trendin qarşısını almaq və virusun yayılmasını mümkün qədər səngitməkdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]