“AVTOKRAZ” AZƏRBAYCANDA DA TEXNİKİ XİDMƏT MƏRKƏZİ AÇACAQDIR
Bu mərkəzdə KrAZ avtomobillərinin keyfiyyətli təmiri və onlara servis kitabçalrındakı tövsiyələrə uyğun texniki xidmət göstərilməsi ilə yanaşı, müştərilərə istismarla, detal və qovşaqların qarşılıqlı əvəzolunmasına dair məsləhətlər, KrAZ avtomobillərinin modelləri, onların yeni satış sxemləri haqqında məlumatlar da veriləcəkdir.
Firma texniki mərkəzində təmir işlərini “AvtoKrAZ” holdinq şirkətinin tədris mərkəzində xüsusi hazırlıq keçmiş yüksəkixtisaslı mütəxəssislər görəcəklər.