AVTOMOBİL QƏZALARI ÇOXALMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, qəzalar nəticəsində 1818 şəxs zərər çəkmiş, o cümlədən 388 nəfər həlak olmuş, 1430 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanmışdır. Bütün yol-nəqliyyat hadisələrinin 44,6 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 18,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 36,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir