Avtomobilin seriyasını dəyişərək elektron cərimələrdən yayınmağa çalışan sürücü məsuliyyətə cəlb edilib
Bakı, 7 dekabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsinin 050-800 09 02 vatsap nömrəsinə gələn müraciət əsasında idarə etdiyi "Toyota Prius" markalı 77-DC-247 dövlət qeydiyyat nişanlı avtomobilin seriyasında C hərfini O edərək elektron cərimələrdən yayınmağa çalışan sürücü Bəhruz Məmmədov tərəfimizdən aşkar edilərək məsuliyyətə cəlb edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
“Bir daha bütün sürücülərdən bu kimi qanunsuz hərəkətlərə yol verməmələri tələb olunur və belə hallara yol verən şəxslər barəsində daha ciddi tənbeh tədbirlərinin görüləcəyi diqqətə çatdırılır”, - məlumatda qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:37]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]