AXA fermerləri baytarlarla əməkdaşlığa çağırır
Bakı, 10 sentyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) fermerləri bəslədikləri quşların nyukasla qarşı peyvəndlənməsi üçün baytarlarla mütəmadi əlaqə saxlamağa çağırır. Nyukasl profilaktikası, diaqnozu və müalicəsi dövlət tərəfindən maliyyələşdirilən xüsusi təhlükəli xəstəliklərdəndir. Bu xəstəlik quşçuluğa ən çox zərər verən infeksion xəstəliklərdən sayılır və hər il dövlət vəsaiti hesabına plana uyğun şəkildə vaksinasiyası aparılır.
AZƏRTAC xəbər verir ki, ötən 8 ay ərzində yerli baytarlıq idarələri tərəfindən nyukasl xəstəliyinə qarşı 44 milyon başa yaxın quş peyvənd edilib. Peyvəndlər ölkəmizdə daha çox istifadə olunan “H” və “La-sota” ştammları ilə aparılıb. Vaksinasiya tədbirləri ilin sonunadək davam edəcək.
Qeyd edək ki, heyvanlar və quşlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. AXA tərəfindən göndərilən bioloji preparatların effektivliyini qorumaq üçün onlar bütün istifadə dövriyyəsi boyu +2-+8 °C temperaturda saxlanılır.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarında saxlanılan heyvanlar, eləcə də quşlar arasında hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət etsinlər.
Agentlik bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən nyukasl xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]