AYGÜN BƏYLƏR MOSKVADA SOLO KONSERTİ VERMİŞDİR
A.Bəylərin ifasında klassik Azərbaycan muğamının ən yaxşı nümunələri səslənmişdir. Moskva dinləyicisini onun özünəməxsus ifa tərzi, güclü səsi, yüksək emosionallığı və muğamın gözəlliyi heyran qoymuşdur. Müğənni Azərbaycan xalq çalğı alətləri nağara və qavalda da məharətlə ifa edirdi. Onun virtuoz ifa tərzi, gözəl ritm duyumu salondakıların heyranlığına və sürəkli alqışlarına səbəb olmuşdur. A.Bəyləri müşayiət edən tarzən Rövşən Qurbanov və kamançaçalan Toğrul Əsədullayev də yüksək peşəkarlıq nümayiş etdirmişlər. Aygün Bəylər “Ana gözləri” mahnısını rus dilində ifa edərək, dinləyiciləri vəcdə gətirmişdir.
Prodüser Alagöz Salahova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Aygün Bəylərin yaradıcılığı Azərbaycanda hamıya yaxşı məlumdur. Xalq musiqimizi ölkəmizin hüdudlarından kənarda da geniş yaymaq məqsədi ilə belə istedadlı müğənnilərimizi daha böyük səhnələrə çıxarmaq lazımdır”.