AZAL-dan bütün istiqamətlərə 25 faiz endirim kampaniyası
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədilə yeni kampaniyaya start verir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, fevralın 16-dək sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətləri üzrə aviabiletləri 25 faiz endirimlə əldə edə biləcəklər. Təklif 2025-ci il mayın 31-dək həyata keçirilən reyslərə şamil olunur.
Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinfi tariflərinə şamil edilir, lakin vergi və yığımlara tətbiq edilmir.
Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.
AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]