AZAL-ın Lahora planlaşdırılan bugünkü reysi cədvələ uyğun həyata keçiriləcək
Bakı, 12 may, AZƏRTAC
Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.