AZAL Tacikistanla Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq
Bakı, 17 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyə "AstraZeneca" peyvəndi partiyası göndəriləcək. Belə ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) təyyarələri ilə Tacikistana və Bosniya və Herseqovinaya həmin vaksinin 40 min dozası hər ölkəyə çatdırılacaq.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, peyvəndin çatdırılması aviaşirkətin çarter reysləri ilə iyulun 19-da Bakıdan Sarayevo şəhərinə, iyulun 20-də Düşənbə şəhərinə həyata keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Azərbaycan "AstraZeneca" peyvəndini Özbəkistana (50 min) və Qırğızıstana (40 min) ötürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]