Azərbaycan 5 ayda ən çox İtaliyaya məhsul göndərib
Bakı, 29 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, 5 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 730,9 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 207 milyon dollar, Hindistana isə 350,1 milyon dollardır.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 886,3 milyon dollar, Türkiyə ilə 1 milyard 867,4 milyon dollar, Rusiya ilə 1 milyard 59,3 milyon dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]