Azərbaycan alimi Ankarada keçirilən beynəlxalq konqresdə məruzə edib



Bakı, 20 may, AZƏRTAC
Azərbaycan alimləri Türk Dünyası Türkmən Birliyinin təşkilatçılığı ilə Ankara Hacı Bayram Vəli Universitetində keçirilən beynəlxalq konqresdə iştirak ediblər. Konqresdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Sevinc Məmmədova “Media savadlılığı və milli dil stratejiləri” mövzusunda məruzə edib. Azərbaycanlı alimin məruzəsi konqresin materiallarında çap olunub və ona sertifikat verilib.
Bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan bildirilib. Qeyd olunub ki, alimlərimiz ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində fəaliyyət göstərən “Azərbaycan Türkcəsi Öğretim Ocağı”nı ziyarət ediblər. Ziyarətdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdirləri Rəsmiyyə Sabir, Allahyar Muradov, Pərviz Həsənov, institutun baş meneceri Şakir Alıyev, Sevinc Məmmədova digər alimlər iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [21:41]
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
- 19.06.2025 [18:54]
Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirilib
- 19.06.2025 [18:17]
Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər
- 19.06.2025 [18:14]
Bilgə nekropolunda Atropatenaya aid qəbirlər aşkar edilib
- 19.06.2025 [17:34]
BANM Qlobal Dayanıqlı İnkişaf Konqresində təmsil olunub
- 19.06.2025 [17:25]