Azərbaycan alimləri Qaraqalpaq Universitetinin tələbələrinə elmi seminar keçiblər
Bakı, 31 oktyabr, AZƏRTAC
Özbəkistanın Qaraqalpaq Muxtar Vilayətinin Nökis şəhərində “Qaraqalpaq ədəbiyyatının fəxri Hacıniyaz” adlı beynəlxalq simpozium keçirilib. Simpoziumda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov və Əlyazmalar İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Nəzakət Məmmədli məruzə ilə çıxış ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimlər, həmçinin Berdağ adına Qaraqalpaq Universitetinin Özbək filologiyası, Qaraqalpaq filologiyası və Türkmən filologiyası fakültələrində təhsil alan bakalavr və magistrantlara Azərbaycan dili və ədəbiyyatı, yeni türkologiya haqqında elmi seminar keçiblər.
Simpoziumu Qaraqalpaq xalqının böyük şairi Hacıniyaz Kosıbay oğlunun anadan olmasının 200 illik yubileyi münasibətilə Qaraqalpaq Dövlət Universiteti təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]