AZƏRBAYCAN ALPİNİSTLƏRİ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜ TYAN-ŞANDA UCALTMIŞLAR
Tyan-Şanın 5 min metr hündürlüyündəki “Azərbaycan” zirvəsini fəth edən bir qrup alpinistimiz iyunun 28-də burada dövlət bayrağımızı sancmış və ümummilli liderimiz Prezident Heydər Əliyevin büstünü ucaltmışlar.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, böyük öndərin büstü ilk dəfədir, belə yüksək zirvədə ucaldılır. Zirvənin fəthində Azərbaycan alpinistləri ilə yanaşı, Qırğızıstan idmançıları da iştirak etmişlər.