Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Azərbaycan Ankarada keçirilən Beynəlxalq Mediasiya Şurasının iclasında geniş təmsil olunur

Ankara, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Ankarada I Beynəlxalq Mediasiya Şurasının iclasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbir Türk Dünyası Mediatorlar Şurasının təşkilatçılığı və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyənin Diaspor və Xaricdə Yaşayan Həmvətənlər İdarəsi (YTB), qardaş ölkənin Vəkillər Kollegiyası, həmçinin Ankaranın bir sıra universitetlərinin dəstəyi ilə keçirilir.

İclası açan Türk Dünyası Mediatorlar Şurasının rəhbəri Yakup Erikel bildirib ki, onun başçılıq etdiyi strukturun missiyası “barışıq mədəniyyətinin” və qarşılıqlı hörmətin hərtərəfli möhkəmləndirilməsidir. O, türk mediatorlarının toplanmış təcrübə və biliklərini dost və qardaş ölkələrə ötürməyə hazır olduqlarını vurğulayıb, müxtəlif dillərdə müvafiq nəşrlərin hazırlandığını qeyd edib. Türk Dünyası Mediatorlar Şurasının rəhbəri deyib: “Mən Ankarada keçiriləcək tədbirlər proqramının təşkilində mühüm töhfəsinə görə Azərbaycan Mediatorlar Şurasına xüsusi təşəkkürümü bildirmək istəyirəm”.

Daha sonra çıxış edən Azərbaycan Mediasiya Şurası İdarə Heyətinin rəhbəri, Türk Dünyası Mediatorlar Birliyi İdarə Heyətinin sədr müavini Nadir Adilov diqqəti Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Türk dünyası ilə əlaqələrin inkişafına verdiyi əhəmiyyətə çəkib.

“Ölkələrimizin rəhbərlərinə xüsusi minnətdarlığımı bildirmək istərdim. Onların rəhbərliyi və uzaqgörənliyi olmasaydı, qardaş dövlətlərin fəal şəkildə yaxınlaşması mümkünsüz olardı”, -deyə Adilov vurğulayıb.

Mediasiya Şurasının sədri ölkəmizdə dövlət strukturlarının mediatorlarla qayğıkeş münasibətini qeyd edib, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun Birinci Beynəlxalq Mediasiya Şurasının iclasında iştirakını yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türk dünyasında əməkdaşlığın və inteqrasiya proseslərinin əhəmiyyətindən danışıb. “Türk dövlətləri arasında əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Türk dünyası bizim ailəmizdir!”, -deyə vurğulayan diplomat türk dövlətlərinin bütün dünyada sülhün və sabitliyin təmin edilməsinə verdiyi töhfəni diqqətə çatdırıb.

Səfir Türk Dövlətləri Təşkilatını (TDT) Türk dünyasında uğurlu inteqrasiyaya kömək edən “qardaşlıq platforması” adlandırıb. TDT ölkələrinin hər birinin uğurunun Türk dünyasının ümumi nailiyyəti olduğunu vurğulayan R.Məmmədov deyib: “Türk Dövlətləri Təşkilatı yeni birgə layihələrin həyata keçirilməsinə zəmin hazırlayaraq, Egey dənizindən Altay dağlarına qədər geniş məkanda əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi və genişləndirilməsi missiyasını yerinə yetirir”.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç çıxışında türk xalqlarını ortaq tarixi və mədəni bağların birləşdirdiyini deyib. O xatırladıb ki, türk dövlətlərinin qarşılıqlı fəaliyyəti TDT-nin hüquqi əsasını təşkil edən Naxçıvan Sazişinin imzalanması oldu.

Türkiyəli nazirin sözlərinə görə, ədliyyə və mediasiya sahələri də daxil olmaqla, TDT ölkələrinin inkişafının ümumi vizyonunun formalaşması bütün istiqamətlərdə mövqelərin yaxın olmasını tələb edir. Y.Tunç vurğulayıb: “Türkiyə hökuməti ölkələrimizi gələcəkdə də yaxınlaşdırmaq əzmindədir. Birliyimiz nə qədər möhkəm olarsa, TDT-nin dünyada mövqeyi də o qədər güclü olacaq”. O, həmçinin Türk Dövlətləri Notariuslar Birliyinin yaradıldığını da xatırladıb.

Mediasiya sisteminin əhəmiyyətini qeyd edən türkiyəli nazir bildirib ki, 45 minə yaxın mediatorun fəaliyyəti sayəsində Türkiyənin məhkəmə sisteminin yükü xeyli azalıb.

Mediasiya Şurasının iclası plenar iclaslarda müzakirələrlə davam edib.

Tədbirin üçgünlük proqramına, həmçinin Türkiyənin üç ali təhsil müəssisəsində - “Medipol”, Sosial Elmlər və Yıldırım Beyazit universitetlərində seminarların keçirilməsi də daxildir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maya Boçorişvili: Gürcüstanın diplomatlarına qarşı təzyiq kampaniyası aparılır

Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub

Türkiyə Superliqası: Son çempion doğma meydanda xal itirib

Premyer Liqa: "Liverpul" "Mançester Siti"yə qalib gəlib

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub

Samir Abasov: Heç bir oyunçunu arxa plana atmırıq

Qurban Qurbanov: Çox vacib qələbə qazandıq

Antonio Kosta: Ukrayna maliyyə yardımı çərçivəsində Aİ-dən hər ay 1,5 milyard avro alacaq

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib   YENİLƏNİB-5

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər

Türkiyədə Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğinə dair Memorandum imzalanıb

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib

Ankarada dahi Füzulinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Mona Savocifar: Məhz 44 günlük müharibə zamanı məndə şüurlu vətənpərvərlik formalaşdı  MUSAHİBƏ

"Kür" həndbol klubunun baş məşqçisi: "Ən kiçik şansdan belə, istifadə etmək istəyirdik"

"Kür" həndbol klubu Avropa Kubokunda mübarizəni dayandırıb

Qlobal şərab istehsalı 1961-ci ildən sonra ən aşağı həddə düşə bilər – PROQNOZ

Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb

Yanğın nəticəsində hava çirklənməsi ildə milyon yarım insanın ölümünə səbəb olur

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır

Almaniyada regional futbol liqası matçında azarkeşlər arasında davada 79 nəfər xəsarət alıb

Marneulidə gənc rəssamların “Ağ və qaranın harmoniyası” adlı sərgisi açılıb

Laçının azad edilməsi Prezidentin uzaqgörən siyasətinin parlaq nəticəsidir - RƏY

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

Dövlət qulluğu üzrə imtahanın nəticələri iki gün ərzində elan olunacaq

DİM xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

Avropa Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununu keçirəcək

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirilib

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Almaniyanın cənubundakı Boden gölündə iki dənizçi həlak olub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Petre Mamradze: Bəzi qara qüvvələr Gürcüstanda qanunla seçilmiş parlamentə və hökumətə qarşı iyrənc kampaniya keçirirlər

Azad Laçın gözəlliklər diyarına çevrilib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bakı Təşəbbüs Qrupu BMT-də Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb

Paytaxtda 133 nömrəli marşrut xətti üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb

Bakının Nərimanov rayonunun 3 küçəsinin qaz təchizatında fasilə yaranacaq

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə

Bu gün IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır

Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO

Strateji mövqedə yerləşən Laçın rayonunun işğaldan azad edilməsinin ildönümüdür

Media: Yaponiya “Asiya NATO-su”nun yaradılmasını müzakirə etməyə başlayıb

Alimlər inanılmaz həcmdə məlumatların almazda saxlamağın yolunu tapıblar

Beynəlxalq yük daşımalarını həyata keçirən 100-dək sürücü bu gün imtahan verəcək

DİM: 185 namizədin ədliyyə orqanlarına qulluğa qəbul imtahanı verməsi nəzərdə tutulur

Bu gün 3300-dən çox namizədin dövlət qulluğu üzrə imtahan verməsi gözlənilir

DİM bu gün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirir

Tədqiqat: Həftə sonu idman beyin sağlamlığına əhəmiyyətli təsir edir

Nizami Gəncəvinin “Xəmsə”sinin türkcə tam toplusu 2026-cı ildə nəşr olunacaq

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

Sabirabadda dəm qazından zəhərlənən qadın ölüb

Astma xəstəliyinin müalicəsində son 50 ildə ilk dəfə əhəmiyyətli irəliləyiş əldə olunub

Aşkarlanmış ayaq izləri müasir insanın uzaq qohumları ilə eyni məkanda yaşadığını göstərir - TƏDQİQAT

Rabatda Beynəlxalq Diplomatik Həmrəylik Bazarında Azərbaycan mədəniyyəti təqdim edilib

Bakıda Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” adlı tədbir keçirilib

Onkoloq Məmməd Bağır Əliyev Rusiya Hökumətinin elm və texnologiya sahəsində mükafatına layiq görülüb

Eskişehirdə Aşıq Mikayıl Azaflının 100 illik yubileyi qeyd edilib

Ankarada dahi Nizami Gəncəvinin irsinə həsr olunmuş kitabın təqdimatı və konfrans keçirilib

Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır VİDEO

Bundesliqa: “Borussiya” – “Bavariya” oyununda qalib müəyyənləşməyib

Tbilisidə mitinq iştirakçıları parlamentin binasının pəncərələrini sındırıblar

La Liqa: “Barselona” turu məğlubiyyətlə bitirib

Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb

Naxçıvanda həyata keçirilən “Yaşıl məktəb” layihəsinə yekun vurulub

Ağdərədə baş verən yol qəzasında 4 nəfər ölüb YENİLƏNİB

Heydər Əliyev Fondu ilə Səudiyyə Ərəbistanı arasında layihələr müzakirə olunub

Rusiya xarici işlər naziri Türkiyə və İrandan olan həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edib

Tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb

Naxçıvanda yerli əhəmiyyətli avtomobil yolları əsaslı təmir olunub

Türkər Qasımzadə: Qarabağ Universiteti qısa müddətdə ölkəmizin ən qabaqcıl ali məktəblərindən birinə çevrilib

Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının bir illiyi qeyd olunub VİDEO

Misli Premyer Liqası: "Zirə" "Sumqayıt"a qalib gəlib

BMTM-in sədri: Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərini müdafiə edib

Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

Milli Kitabxanada İnformasiya və Sənəd Menecmenti Simpoziumu çərçivəsində dəyirmi masa keçirilib

Avropa Kuboku: Azərbaycan çempionu İslandiya klubu ilə ilk oyununu keçirib

Beynəlxalq festivalda Azərbaycan məhsulları təqdim olunub

Moldova portalı: Azərbaycan COP29-da ekoloji diplomatiya sahəsində sıçrayış etdi

“Kardiologiyada rəhbər tövsiyələrə əsaslanan müasir yanaşmalar” mövzusunda elmi konfrans keçirilib

Müstəmləkəçiliyi dövlət siyasətinə çevirən Fransanın Cənubi Qafqaza nüfuz etmək cəhdləri əbəsdir – ŞƏRH

Azərbaycan Tələbə Liqasının 2024/2025-ci illər mövsümünə start verilib

TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair müşavirə keçirilib

Misli Premyer Liqası: “Neftçi”-“Qarabağ” oyununa satılmış bilet sayı açıqlanıb

Naxçıvanda “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans keçirilib

Pakistanda avtomobil yollarına təklif edilən investisiyalar müzakirə olunub

“Beşiktaş” baş məşqçisi ilə yollarını ayırıb

Azərbaycan türk dövlətləri arasında birgə layihələrin əsas təşəbbüskarıdır ŞƏRH

Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD Expo” və “Halal Expo” sərgilərində nümayiş olunub

Azərbaycan səfirliyinin təşəbbüsü ilə Braziliyada ağacəkmə aksiyası keçirilib

BMT sessiyasında Türkiyənin “Səhralaşma ilə Mübarizə üzrə Milli Strategiyası” açıqlanacaq

Biləsuvarda ənənəvi “Hind quşu” festivalı keçirilib

Beynəlxalq forumda Azərbaycanın beynəlxalq və regional məsələlərin həllində səyləri barədə məlumat verilib

Misli Premyer Liqası: “Kəpəz” sonuncu pillədən qurtulub

Dillər Universitetində “Pekin Operası mədəniyyət fenomeni kimi” adlı tədbir keçirilib

İrakli Kobaxidze: Gürcüstanı ukraynalaşdıra bilməyən avropalı siyasətçilər və bürokratlar ölkəni zəiflətməyə çalışırlar

Xəzər regionunun neft-qazlılığı və geoekoloji problemlərinə dair beynəlxalq elmi konfrans keçiriləcək