AZƏRBAYCAN ASTRONOMLARININ PROQNOZLARI TƏSDİQİNİ TAPMIŞDIR
Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan astronomları artıq 20 ildir planet cisimləri ilə bağlı tədqiqatlar aparır, onların mövcudluğu barədə elmi jurnallarda çoxlu məqalələr dərc etdirirlər. Birinci cismin parametrləri ŞAR əməkdaşlarının naməlum planetlərlə bağlı hələ xeyli əvvəl müəyyən etdikləri parametrlərlə üst-üstə düşür.
İkinci cismin komet sisteminin formalaşması prosesində rolu da astronomlarımız tərəfindən aparılmış nəzəri hesablamalarla sübuta yetirilmişdir. Həmin cisimləri planet adlandıranlar da vardır. Aparılmış hesablamalara görə, ikinci cismin hərəkət zonasında çoxsaylı komet nüvələri mövcuddur. Həmin komet nüvələri adıçəkilən cisimlə ara-sıra yaxınlaşır və onun qravitasiyası nəticəsində öz orbitlərini dəyişir. Bu kometlər Yerətrafı zonaya istiqamətlənir və Yerdən müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]