Azərbaycan avarçəkənləri açıq Gürcüstan birinciliyində 4 medal qazanıblar
Bakı, 14 oktyabr, AZƏRTAC
Gürcüstanın Mtsxeta şəhərində avarçəkmənin kayak və kanoe növləri üzrə açıq birincilik keçirilib.
AZƏRTAC Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına istinadla xəbər verir ki, təşkilatçı ölkə ilə yanaşı, Azərbaycan və Ermənistan komandalarının iştirak etdiyi turnirdə ümumilikdə 50 idmançı mübarizə aparıb.
Ölkəmizi yarışda məşqçi Mirnazim Cavadovun rəhbərliyi ilə 5 gənc avarçəkən təmsil edib. Ceyhun Vəlixanov və Rüfət Rəhimov 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşlərdə yarışı mükafatçılar sırasında başa vurub. Hər iki idmançı gümüş medala sahib çıxıb. Həmçinin, Elmir Məmmədov 1 nəfərlik kanoe qayığında 200 metr məsafədə, Ramil Mustafayev və Rüfət Rəhimov isə 2 nəfərlik kayak qayığında 200 metr məsafədə ikinci yerə layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [20:31]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:08]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]