Azərbaycan Avropa ölkələrinə elektrik enerjisinin ixracına başlayıb
Bakı, 6 may, AZƏRTAC
“Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC bildirilib ki, Prezident İlham Əliyevin elektroenergetika sahəsinə yönəlmiş strategiyasına uyğun olaraq, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir. Artıq mayın 1-dən “Azərenerji” Gürcüstan və Türkiyədən tranzit yolu ilə Yunanıstana, eyni zamanda, Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit yolu ilə Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. May ayı üçün enerji idxalı ilə bağlı Yunanıstandakı hərracda 7, Bolqarıstandakı hərracda 5 şirkət iştirakçı olub ki, onların hər ikisində “Azərenerji” uğur əldə edib. ASC qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırır.
“Azərenerji” ixrac imkanlarının artırılması ilə yanaşı, enerji sisteminin etibarlılığının təmin edilməsi, o cümlədən artan tələbatın qarşılanması üçün “Reabilitasiya Proqramı”na uyğun olaraq, itirilmiş güclərin bərpası və yeni generasiya güclərinin axtarılması istiqamətində fəaliyyətini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]