Azərbaycan badmintonçusu beynəlxalq turnirdə ən güclü “dördlüy”ə düşüb
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İsveçin Uppsala şəhərində keçirilən “VICTOR Swedish Open” turnirində qadınların şəxsi yarışında ən güclü “dördlük”də yer alıb.
AZƏRTAC xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan idmançı ilk görüşündə isveçli Sesilia Vanqı 2:0 (21-14,21-19) hesabı ilə məğlub edib.
1/8 finalda şotlandiyalı Reyçel Suqdeni (21-9,21-17) mübarizədən kənarlaşdıran Zəhra 1/4 finalda Danimarka badmintonçusu Frederikke Lundla qarşılaşıb. Üç set davam edən görüş K.Fatimənin (18-21,21-13,21-11) qələbəsi ilə başa çatıb. O, finala yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Leonis Hyueyə (13-21,14-21) uduzub.
Olimpiya Təsnifat dövründə keçirilən yarışdan Keişa Fatimə Zəhranın qazancı 1750 reytinq xalı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]