Azərbaycan Basketbol Liqası: “Xırdalan” əlavə vaxtda “Sabah”ı məğlub edib
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında XII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci görüşündə “Sabah” və “Xırdalan” komandaları üz-üzə gəlib. Əlavə vaxta gedən oyun qonaqların 107:103 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ilk matçında “Xəzri” “Cəlilabad”a 100:81 hesabı ilə qalib gəlib.
Turun digər görüşləri yanvarın 26-28-də reallaşacaq. “Sumqayıt” “Sərhədçi”ni, “Gəncə” "NTD-İndiqo"nu, “Şəki” isə “Neftçi”ni qəbul edəcək.
Qeyd edək ki, turnir cədvəlinə 22 xalla "Xəzri" başçılıq edir. "Sabah" 21 xalla 2-ci, "NTD-İndiqo" 20 xalla 3-cü, "Xırdalan" isə 19 xalla dördüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]