AZƏRBAYCAN BEYNƏLXALQ SƏRGİDƏ TƏMSİL OLUNACAQ
Gənclər, idman və turizm nazirinin müavini Teymur Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Moskvada açılacaq “Turizm və səyahətlər” sərgisində iştirak edəcəkdir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sərgidə, ölkəmizin turizm sahəsini nazirlik, “İmproteks Travel” şirkəti, “Avropa” və “Krisçen-biç” mehmanxanaları təmsil edəcəkdir. Azərbaycanın ekspozisiyası 50 kvm sahədə nümayiş olunacaqdır. Xarici həmkarlarla danışıqlar aparmaq üçün sərginin işində “Bakı-tur” və “Avroturizm” şirkətləri də iştirak edəcəklər.